"X" sosial media platformasının işində problem yaşanıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Downdetector.com" məlumat yayıb.
Məlumata görə, 47 mindən çox ABŞ istifadəçisi platformaya giriş problemi ilə üzləşib.
Əvvəllər "Twitter" kimi tanınan "X" istifadəçiləri yazılara baxa bilməməkdən şikayətləniblər. İstifadəçilər "Yazılar gözlənilir" mesajı və yüklənmə problemləri ilə qarşılaşıblar.
Platforma təxminən bir saatlıq fasilədən sonra yenidən açılıb.
Şəbnəm Mehdizadə
