Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatda 16 nəfər saxlanılıb.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, İzmir Polis İdarəsinin Terrorla Mübarizə və Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbələri şübhəli şəxslərin tutulması üçün əməliyyata başlayıb.
Təşkilatın hücrə evi kimi istifadə etdiyi evlərə basqın edilib.
Əməliyyat zamanı 16 nəfər yaxalanıb. Saxlanılanlar arasında Türkiyə Ali Məhkəməsinin (Yargıtay) keçmiş hakimi, müəllimlər, polis əməkdaşları və əsgərlərin olduğu bildirilib.
Şəbnəm Mehdizadə
