Hatayda 4,1 bal gücündə zəlzələ olub


  • 21 Dekabr 2023 23:11

Türkiyənin Hatay vilayətinin Antakya rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla saat 21:24-də qeydə alınan zəlzələnin ocağı 9,19 kilometr dərinlikdə yerləşib.

"AFAD-ın axtarış-xilasetmə qrupları ehtiyat tədbirləri üçün bölgəyə yönəldilib. Hər şey nəzarət altındadır", - deyə Hatay Valiliyinin açıqlamasında qeyd olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər