Türkiyənin Ankara şəhərində kütləvi dava zamanı 5 nəfər xəsarət alıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankaranın Yenimahalle rayonunda iki qrup arasında başlayan mübahisə insidentə çevrilib.
İnsident zamanı 5 nəfər kəsici alətlə yaralanıb. Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım briqadası göndərilib. Xəsarət alan şəxslər xəstəxanaya aparılıb.
Davada istifadə olunduğu müəyyən edilən bıçaq zibil qutusunda aşkarlanıb.
Hadisə ilə bağlı polis araşdırma aparır.
Şəbnəm Mehdizadə
