Məzmuna keç

Pekində son 72 ilin ən uzun şaxtalı dövrü qeydə alınıb

Çinin paytaxtı Pekində 1951-ci ildən bəri temperaturun sıfırdan aşağı olduğu ən uzun dövr qeydə alınıb.

E-huquq.az "Beijing Daily"ə istinadən xəbər verir ki, dekabrın 11-dən 24-dək şəhərdə havanın temperaturu 300 saatdan çox müddət ərzində mənfi olub.

Bu, son 72 il ərzində temperaturun sıfırdan aşağı düşdüyü ən uzun müddət olub.

Qeyd edək ki, Pekində hava proqnozları şaxtalı hava şəraitinin ayın sonuna qədər davam edəcəyini göstərir. Dekabr ayında ölkənin bəzi şəhərlərində magistral yollar nəqliyyatın hərəkətinə bağlanıb, məktəblərdə tədris prosesi təxirə salınıb.

Milli Meteorologiya Mərkəzinin məlumatına görə, ölkənin şimal və mərkəzi hissələrində orta temperatur 1961-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Şəbnəm Mehdizadə