Türkiyənin Kocaeli şəhərində ağır yol qəzası zamanı 15 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kocaelinin Gebze rayonunda sərnişin mikroavtobusu maneəyə çırpılıb.
Qəza yerinə polis və təcili tibbi yardım cəlb edilib.
Hadisə nəticəsində yaralanan 15 sərnişin ilkin tibbi yardım göstərildikdən sonra ətrafdakı xəstəxanalara aparılıb. Yaralıların vəziyyətinin qənətbəxş olduğu bildirilib.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə
