ABŞ-ın Florida ştatında evində 309 heyvan tapılan qadın həbs edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 48 yaşlı Lisa Lacharitenin Frostproof şəhərindəki evində 164 quş, 142 pişik və 3 it olub.
Evə girən polis məmuru qəfəsə bağlanmış təxminən 75 toyuq, tovuz və ördəklə qarşılaşıb.
Evə gələn yanğınsöndürənlər havadakı ammonyak miqdarını ölçmək üçün nümunələr toplayıb və evdə ammonyak miqdarının "ölümcül" səviyyədə olduğu müəyyən edilib.
Rəsmilər heyvanların xəstə və baxımsız vəziyyətdə olduğunu bildirib.
Laxaritenin 75 yaşlı anası da evdən çıxarılaraq başqa yerə köçürülüb.
Qadın həbs olunaraq Polk Həbsxanasına göndərilib.
Şəbnəm Mehdizadə
