Nigeriyanın Plateau əyalətində silahlı şəxslərin kəndlərə hücumu nəticəsində 100-dən çox insan həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə əyalət başçısı Monday Kasa məlumat verib.
O, silahlı şəxslər tərəfindən əyalətin Bokkos və Barkin-Ladi bölgələrində bir neçə kəndə hücumlar təşkil etdiyini bildirib.
Hücum zamanı 100-dən çox adamın həyatını itirdiyini, onlarla insanın yaralandığını qeyd edən Kasa, çox sayda insanın qaçırıldığını deyib.
Əyalət başçısı qaçırılan şəxslərin tapılması üçün bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini söyləyib.
Silahlı şəxslər kəndlərdəki evləri yandıraraq ələ keçirdikləri ərzaq məhsullarını özləri ilə aparıb.
Qeyd edək ki, Nigeriyanın Plateau əyalətinə son dövrlərdə tez-tez belə silahlı hücumlar təşkil olunur.
Şəbnəm Mehdizadə
