Məzmuna keç

Türkiyədə ağır qəza, ölən və yaralılar var

Türkiyənin Adıyaman şəhərində iki avtomobilin toqquşduğu qəzada 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Adıyaman-Çəlixan yolunda baş verib.

Hadisə yerinə dərhal təcili tibbi yardım əməkdaşları və yanğınsöndürənlər göndərilib.

Yaralılar avtomobillərdən çıxarılaraq Adıyaman Tədris və Araşdırma Xəstəxanasına aparılıb.

Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə