Türkiyənin İzmir şəhərində qanunsuz miqrantlar saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Məlumata görə, Komandanlığın əməkdaşları İzmirin Dikili sahillərində əməliyyat keçirib.
Əməliyyat zamanı rezin qayıqda 55 qanunsuz miqrant aşkar edilib.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
