İndoneziyada zavodda baş verən partlayış nəticəsində ölən işçilərin sayı 18-ə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bədbəxt hadisə İndoneziyanın Sulavesi adasında yerləşən nikel zavodunun əritmə sobasında baş verib.
Həyatını itirən 18 işçidən 8-nin çinli olduğu müəyyən edilib. 44 yaralı işçinin müalicəsi davam edir.
Polis rəsmiləri hadisə ilə bağlı istintaq tamamlanana qədər zavodun fəaliyyətinin dayandırıldığını bildiriblər.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning ölənlərin yaxınlarına başsağlığı verib.
Hadisə ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrinə görə, əritmə sobasının altında partlayıcı mayelərin tapıldığı və sızmanın oksigen çənlərində partlayışa səbəb olduğu qeyd edilib.
Şəbnəm Mehdizadə
