Məzmuna keç

Fransada qadın və 4 uşağı evdə ölü tapılıb

Fransanın paytaxtı Parisdə bir evdə qadın və 4 uşağının cansız cəsədi tapılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Parisin şimalında yerləşən Meaux bölgəsində aşkarlanan cəsədlərlə bağlı prokurorluq araşdırma aparır.

Polisin verdiyi açıqlamada uşaqların atasının qaçdığı bildirilib.

Fransa polisi 33 yaşlı şəxsi tapmaq üçün hərəkətə keçib.

Qeyd edək ki, Parisdə noyabr ayında da oxşar cinayətlərlə baş verib.

Belə ki, ötən ay 41 yaşlı ata 4, 10 və 11 yaşlı 3 qızını öldürdüyünü etiraf edərək təslim olub.

Oktyabr ayında isə bir polis məmuru üç qızını öldürdükdən sonra intihar etmişdi.

Şəbnəm Mehdizadə