Keniyada qayığın batması nəticəsində itkin düşən 4 balıqçı bir ay sonra xilas edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Keniya Sahil Mühafizə Bölməsi tərəfindən təxminən bir ay əvvəl Hind okeanında batan qayıqdakı 4 balıqçını xilas etmək üçün axtarış aparılırdı.
Balıqçıların Çin balıqçı gəmisi tərəfindən xilas edildiyi bəlli olub.
Balıqçıların bir neçə həftə ərzində ölkələrinə qayıdacaqları bildirilib.
Şəbnəm Mehdizadə
