Məzmuna keç

İstanbulda parça sexində yanğın baş verib –

Türkiyənin İstanbul şəhərində sexdə yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Güngören adlı ərazisində 4 mərtəbəli parça sexində naməlum səbəbdən yanğın baş verib.

Binadan tüstü çıxdığını görən işçilər binadan çıxıb. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, yanğın binaya zərər vurub.

Şəbnəm Mehdizadə