Zimbabvedə cari ilin fevral ayından bəri 13 mindən çox vəba epidemiyasına yoluxma halı qeydə alınıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, dekabr ayında ölkədaxili səyahətlərin artması səbəbindən epidemiyaya yoluxma sayı artıb, başda paytaxt Harare olmaqla ölkənin 55 bölgəsində vəba xəstəliyi aşkarlanıb.
Yoluxanların sayı 13 min 176-ya yüksəlib. İndiyədək epidemiyadan 221 nəfər ölüb.
Rəsmilər vətəndaşları vəba epidemiyasına qarşı tədbir görməyə və gigiyenik qaydalara riayət etməyə çağırıb.
Qeyd edək ki, dekabrın 17-də Zimbabvenin paytaxtı Hararedə vəba epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Şəbnəm Mehdizadə
