Avstraliya sahillərində 124 kiloqram narkotik vasitə olan kokain aşkarlanıb.
E-huquq.az "ABC News"a istinadən xəbər verir ki, bu barədə Avstraliya polisi məlumat yayıb.
Hər birində 1 kiloqram kokain olan 39 bağlama yerli sakinlər tərəfindən Sidney və Nyukasl arasındakı çimərliklərdə aşkar edilib.
Hadisə yerinə gələn polislər aşkarlanan bağlamaları ekspertizaya göndərib.
Polis rəsmiləri qeyd ediblər ki, son bir həftədə çimərliklərdə tapılan kokainin miqdarı 124 kiloqrama çatıb. Rəsmilər vətəndaşlardan oxşar bağlamalar gördükləri təqdirdə aidiyyatı qurumlara məlumat vermələrini və bağlamaları açmamağı xahiş ediblər.
Şəbnəm Mehdizadə
