Məzmuna keç

Son 1 həftədə Türkiyədən xarici qaçmaq istəyən 8 terrorçu tutulub

Son bir həftədə Türkiyənin Ədirnə şəhərindən xaricə qaçmağa cəhd edən 8 terrorçu saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ədirnə valiliyi məlumat yayıb.

Bildirilib ki, Jandarma Komandanlığının son bir həftə ərzində şəhərdə terrorla mübarizə tədbirləri çərçivəsində yaxaladığı şəxslərdən 1-nin PKK, 7-nin isə FETÖ terror təşkilatının üzvü olduğu məlum olub.

Xaricə qaçmağa cəhd edərkən Yunanıstan sərhədində yaxalanan şəxslərlə bağlı jandarmadakı prosedurlar davam edir.

Şəbnəm Mehdizadə