Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda inşaat sahəsində beton tökülməsi zamanı çökmə baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tikilməkdə olan binada birinci mərtəbənin betonu tökülərkən qəliblərin aşması nəticəsində 6 nəfər xəsarət alıb.
Dağıntılar altından çıxarılan yaralılar təcili tibbi yardım vasitəsilə İnegöl Dövlət Xəstəxanasına aparılıb. Onların vəziyətinin qənaətbəxş olduğu bildirilib.
Şəbnəm Mehdizadə
