Məzmuna keç

Dayanacaqdan kənarda düşmək istəyən sərnişin avtobusu atəşə tutdu

Türkiyənin Bursa şəhərində dayanacaqdan kənarda düşmək istəyən şərnişin sürücü avtobusu saxlamadığına görə nəqliyyat vasitəsinə odlu silahdan atəş açıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərnişin rədd cavabı aldıqdan sonra avtobusa atəş açıb.

Osmanqazi rayonunun avtobus hərəkətdə olarkən dayanacaqdan kənarda düşmək istəyən şəxs sürücüdən imtina cavabı alıb.

Həmin şəxs əsəbiləşərək növbəti dayanacaqda düşüb və daha sonra atəş açıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Hazırda həmin şəxsin axtarışları davam edir.

Şəbnəm Mehdizadə