Türkiyədə zəncirvari yol qəzasında 11 nəfər ölüb, 57 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Şimali Mərmərə şosesinin Sakaryadan keçən hissəsində 3 avtobus və 1 yük maşını olmaqla 7 nəqliyyat vasitəsi toqquşaraq zəncirvari qəza törədib.
Qəza ilə bağlı İstanbul istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Sakarya valisi Yaşar Karadeniz yaralıların 10 müxtəlif xəstəxanada müalicə olunduğunu bildirib.
Hadisənin baş verməsinə səbəb dumanlı hava şəraiti olub.
Ədliyyə naziri Yılmaz Tunç hadisənin araşdırılması üçün 3 prokuror təyin edildiyini bildirib.
Şəbnəm Mehdizadə
