Məzmuna keç

Türkiyədə 10 İŞİD üzvü barəsində həbs qərarı çıxarılıb

Türkiyədə İŞİD terror təşkilatının 10 üzvü barəsində həbs qərarır çıxarılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu tərəfindən terror təşkilatı üzvləri barəsində araşdırma aparılıb.

İstintaq çərçivəsində terror təşkilatı üçün fəaliyyət göstərdiyi müəyyən edilən 10 şübhəli haqqında həbs qərarı çıxarılıb.

Əvvəlki araşdırmalarda əldə edilən rəqəmsal materiallar əsasında 10 şübhəlinin şəxsiyyəti müəyyən edilib.

Ankara Polis İdarəsi tərəfindən şübhəlilərin tutulması üçün əməliyyat başladılıb.

Şəbnəm Mehdizadə