Son bir həftədə Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən 138 nəfər yaxalanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Bu şəxslərdən 7 nəfərin terrorçu – 5-nin FETÖ, 1-nin PKK/YPG, 1-nin isə İŞİD terror təşkilatının üzvü olduğu müəyyən edilib.
3 min 321 nəfərin sərhədi qanunsuz keçməsinin qarşısı alınıb. Beləliklə, il ərzində qeyri-qanuni yollarla sərhədləri keçmək istəyərkən tutulanların sayı 13 min 640-a yüksəlib.Onlardan 420-si FETÖ üzvü olmaqla ümumilikdə 605 terrorçu hüquq-mühafizə orqanlarına təhvil verilib. Sərhədi keçməzdən əvvəl qarşısı alınanların sayı isə 207 min 289 nəfər olub.
Bundan başqa, son bir həftə ərzində aparılan əməliyyatlar zamanı təxminən 34 kiloqram narkotik maddə ələ keçirilib.
Şəbnəm Mehdizadə
