Türkiyədə 28 qanunsuz miqrant saxlanılıb


  • 28 Dekabr 2023 17:29

Türkiyənin Əskişəhər şəhərində 28 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, polisin həyata keçirdiyi əməliyyat zamanı 11 Əfqanıstan, 7 İraq, 5 Suriya, 2 İran vətəndaşı saxlanılıb. Saxlanılan şəxslər arasında həmçinin Rusiya, Özbəkistan və Azərbaycan vətəndaşları da olub.

Əməliyyat zamanı insan alverində şübhəli bilinən bir nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər