Məzmuna keç

Liberiyada yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı 40-a çatıb

Liberiyada yanacaq daşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə İdarəsinin direktoru Frensis Kateh məlumat verib.

O, ölkənin Bonq bölgəsində yanacaq tankerinin idarəetmədən çıxaraq aşması nəticəsində ölənlərin sayının 40-a yüksəldiyini bildirib.

Partlayış nəticəsində çoxlu sayda insan yaralanıb. Yaralılar arasında qadınlar və uşaqların da olduğu bildirilir.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu deyən Kateh yaralıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində təqdbirlərin davam etdiyini qeyd edib.

Şəbnəm Mehdizadə