Livanın Cunye şəhərində texniki nasazlıq səbəbindən kanatda köməksiz vəziyyətdə qalan 19 nəfər xilas edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Livan Mülki Müdafiə Departamentinin sosial media səhifəsində məlumat verilib.
Əksəriyyəti uşaqlar olmaqla 19 nəfərin kanat kabinələrində saatlarla havada qaldığı, xilasedicilərin onları kəndirlərə bağlayaraq 70 metr hündürlükdən yerə endirdiyi bildirilib.
Şəbnəm Mehdizadə
