Məzmuna keç

Türkiyə kəşfiyyatı PKK-nın məsul şəxsini məhv edib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında PKK/KCK-nın məsul şəxslərindən olan Ömər Abdullah əl Dahhamı zərərsizləşdirib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata əsasında PKK/YPG terror təşkilatının Suriyanın Tabqa şəhəri üçün məsul hesab etdiyi "Əbu Dəhham" kod adlı terrorçunun Türkiyəyə qarşı terror aktı planlaşdırmasında iştirak etdiyi müəyyən edilib.

Terrorçu Suriyanın Tabqa bölgəsində keçirilən əməliyyatda məhv edilib.

Şəbnəm Mehdizadə