Türkiyə Silahlı Qüvvələri 10 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İraqın şimalındakı Qəndil bölgəsində 2, Suriyanın şimalında "Fərat Qalxanı" əməliyyatı bölgəsində isə 8 olmaqla ümumilikdə 10 terrorçu zərərsizləşdirilib.
"Terrorçular üçün heç bir yer təhlükəsiz deyil! Silahlı Qüvvələrimiz tərəfindən daha 10 terrorçu zərərsizləşdirilib " – deyə məlumatda bildirilib.
Şəbnəm Mehdizadə
