Qəzza zolağında aparılan döyüşlər nəticəsində həlak olan fələstinlilərin sayı 21 507 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.
Qeyd edilir ki, oktyabrın 7-dən indiyədək 55 915 nəfər xəsarət alıb. Bu rəqəmlərə son 24 saat ərzində 187 ölüm daxildir. Lakin statistika mülki şəxslərlə silahlı qruplaşmaların üzvləri arasında fərq qoymur.
Öz növbəsində, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin Yaxın Şərq üzrə qurumu oktyabrın 7-dən bu yana agentliyə məxsus binalarda gedən döyüşlərdən sığınan 308 nəfərin həlak olduğunu bildirib. BMT binalarında gizlənən daha 1 095 nəfər yaralanıb.
