Məzmuna keç

Türkiyə MN: “İraqın şimalında hava əməliyyatlarında 16 hədəf vurulub”

İraqın şimalındakı Metina, Qara, Hakurk və Asos bölgələrində 16 hədəf hava əməliyyatları nəticəsində məhv edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli müdafiə Nazirliyi məlumat yayıb.

Aparılan hava əməliyyatları ilə separatçı terror təşkilatının istifadə etdiyi mağaralar, bunkerlər, sığınacaqlar və anbarlar vurulub. Həmçinin çox sayda terrorçu zərərsizləşdirilib.

Şəbnəm Mehdizadə