Cənubi Afrikada həftənin əvvəlindən yağan leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 21 nəfərə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, itkin düşmüş şəxslərin axtarışı üçün 60 nəfərlik qrup və 12 axtarış-xilasetmə iti ayrılıb.
Sel nəticəsində Bellspruit çayında baş verən daşqın yaşayış məntəqələrində böyük dağıntılara səbəb olub.
Humanitar yardım təşkilatları ehtiyacı olan ailələrə dəstək üçün bölgəyə qruplar göndərib.
Şəbnəm Mehdizadə
