Məzmuna keç

ABŞ dövlət katibi Türkiyədə səfərdədir

ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə səfər edib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller "X" hesabında bildirib.

“Dövlət katibi Blinken İstanbula gəlib. Türkiyə uzunmüddətli tərəfdaş, NATO-nun dəyərli müttəfiqidir və Qəzzada münaqişənin yayılmasının qarşısının alınması da daxil olmaqla regional təhlükəsizlik məsələlərinin həllində mühüm rol oynayır", o, paylaşımında bildirib.