Türkiyənin xarici işlər naziri Hakan Fidanın ölkədə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü başlayıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra Blinkenin prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken ötən axşam Türkiyəyə səfərə gəlib.
