Türkiyənin İzmir şəhərində polis maşını dərəyə aşıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 polis əməkdaşı yaralanıb.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası ilkin tibbi yardımdan sonra yaralıları xəstəxanaya çatdırıb. Xəsarət alan polislərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə
