Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 6 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Qəhrəman ordumuz Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı əməliyyatlara davam edir. Fərat Qalxanı və Zeytun Budağı bölgələrində hücuma hazırlaşan 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib” – deyə nazirliyin məlumatında qeyd olunub.
Şəbnəm Mehdizadə
