Türkiyənin İstanbul şəhərində sərnişin avtobusu yol nişanına çırpılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Esenyurt adlı ərazisində baş verən qəza nəticəsində 7 sərnişin isə xəsarət alıb, avtobusun sürücüsü nəqliyyat vasitəsində sıxışmış vəziyyətdə qalıb.
Hadisə yerinə təcili tibbi yardım, xilasetmə və polis əməkdaşları cəlb edilib.
Yanğınsöndürənlərin uzunmüddətli səyi nəticəsində avtobus sürücüsü sıxışdığı yerdən çıxarılıb.
Yaralı sərnişinlər və sürücü təcili yardımla xəstəxanaya aparılıb.
Şəbnəm Mehdizadə
