Məzmuna keç

Avstraliyada əhaliyə sel ilə bağlı xəbərdarlıq edilib

Avstraliyanın cənub-şərqindəki Viktoriya ştatında leysan yağışların səbəb olduğu sel ilə bağlı əhaliyə evlərini tərk etməsinə dair xəbərdalıq edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Viktoriya Ştatı Fövqəladə Xidmətləri qurumu məlumat yayıb.

Məlumata görə, axtarış-xilasetmə işləri zamanı 38 nəfər xilas edilib.

Suyun səviyyəsinin sürətlə qalxması ilə əlaqədar sakinlərə və turistlərə dərhal ərazini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Şəbnəm Mehdizadə