Türkiyə ordusu İraqın şimalında "Pəncə-Kilid" antiterror əməliyyatı bölgəsində daha 2 PKK terroçusunu zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada son terrorçu zərərsizləşdirilənə qədər PKK ilə mübarizənin davam edəcəyi vurğulanıb.
Keçirilən digər bir əməliyyat zamanı isə Suriyanın şimalında "Fərat Qalxanı" və “Barış bulağı” bölgəsində hücuma hazırlaşan 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Şəbnəm Mehdizadə
