Türkiyənin Eskişəhər şəhərində yaşayış binasında baş verən yanğın zamanı 16 nəfər xəsarət alıb.
E-huquq.az “TRT Haber”ə istindən xəbər verir ki, hadiə yerinə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım əməkdaşları və polis cəlb edilib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Zərərçəkmişlər ətrafdakı xəstəxanalara aparılıb.
Yanğına səbəb binadakı mənzillərdən birində yaşayan 11 yaşlı uşağın alışqanla oynayarkən ehtiyatsız davranışı olub.
Şəbnəm Mehdizadə
