Məzmuna keç

İtaliyanın 8 regionunda ekstremal hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib

İtaliyada ekstremal hava şəraitinin yarada biləcəyi təhlükə ilə əlaqədar 8 regionda “sarı” xəbərdarlıq edilib.

E-huquq.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.

Məlumata görə, ölkənin Mülki Müdafiə Agentliyi güclü külək və qarlı hava şəraitinin yarada biləcəyi təhlükələrə qarşı hazır olmaq barədə xəbərdarlıq edib.

Qurum Abruzzo, Bazilikata, Kalabriya, Kampaniya, Emilia Romagna, Molise, Sardiniya və Siciliya bölgələri üçün "sarı" xəbərdarlıq edib.

Qeyd edək ki, İtaliyada ekstremal hava şəraiti nəticəsində iki nəfər həyatını itirib.

Şəbnəm Mehdizadə