İspaniyanın Tenerife adlı ərazisində küçədə quşları yemləyən qadına 1500 avro cərimə yazılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tenerife Bələdiyyəsi məlumat yayıb.
Məlumata görə, ərazidə yaşayan qadın küçədə göyərçinlərə bir dəfədən çox yem verərək bələdiyyə qaydalarını pozduğuna görə cərimə olunub.
Açıqlamada ictimai yerlərdə heyvanları yemləməyin sağlamlıq problemlərinə səbəb ola biləcəyi qeyd olunub. Bələdiyyənin şəhər rəhbəri kimi üzərinə düşən vəzifəni yerinə yetirdiyi vurğulanıb.
Qeyd edək ki, Tenerifedə heyvanların mühafizəsi və sahiblənilməsini tənzimləyən bələdiyyə qaydaları ictimai yerlərdə tapılan hər hansı bir heyvanın inzibati icazə olmadan qidalanmasını və ya yemlənməsini qadağan edir.
Şəbnəm Mehdizadə
