Sloveniyada mağarada köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sloveniya Mağara Xilasetmə Xidməti məlumat yayıb.
Məlumata görə, ölkənin Qrahovo bölgəsindəki Krizna mağarasında köməksiz vəziyyətdə qalanlar üçün başladılan xilasetmə əməliyyatı uğurla tamamlandıb. Bütün xilasetmə qrupları, bələdçi və turistlər mağaradan çıxarılıb.
Qeyd edək ki, iki bələdçi və üç turistdən ibarət komanda yanvarın 6-da yerli vaxtla saat 08:00-da mağaraya daxil olub. Üçüncü bələdçi komandanın saat 15:00-da razılaşdırılmış görüş yerinə gəlmədiyini görəndə bu barədə səlahiyyətlilərə məlumat verib. Mağaraya gedən xilasetmə qrupları suyun səviyyəsinin yüksək olması səbəbindən qapalı qalanları çıxara bilməsələr də, onlara quru paltar və qida çatdırmışdılar.
Şəbnəm Mehdizadə
