Məzmuna keç

İranda ağır yol qəzası, 7 nəfər ölüb, 8 nəfər yaralanıb

İranın Loristan əyalətində ağır yol qəzası baş verib.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə əyalətin polis rəisi Məhəmməd Zərii məlumat verib.

O, Hürrəm Abad-Burucard avtomobil yolunda avtobus, yük maşını və minik avtomobilinin toqquşduğu qəzada 7 nəfər öldüyünü, 8 nəfər yaralandığını söyləyib.

Qəzaya avtobusun yüksək sürətə görə idarəetmədən çıxması səbəb olub.

İran rəsmisi yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırıldığını qeyd edib.

Şəbnəm Mehdizadə