Türkiyənin Bitlis şəhərində qanunsuz miqrantlar saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bitlisin Tatvan rayonunda qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində yoxlamalar aparılıb.
Yoxlama zamanı yük maşınının qoşqusunda 24 qanunsuz miqrant aşkar edilib.
Hadisə ilə bağlı saxlanılan 4 şübhəlidən 3-ü həbs edilib, 1-i isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Miqrantlar Bitlis Köç İdarəsi tərəfindən deportasiya ediləcək.
Şəbnəm Mehdizadə
