Məzmuna keç

İzmirdə FETÖ-yə qarşı əməliyyatda 5 nəfər saxlanılıb

Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində FETÖ üzvü olduqlarına dair sübutlar olan 7 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

Karabağlar, Balçova, Karşıyaka və Bayraklı rayonlarında keçirilən əməliyyatlar zamanı onlardan 5-i saxlanılıb.

Digər şübhəlilərin tutulması üçün tədbirlər davam etdirilir.

Şəbnəm Mehdizadə