Türkiyənin Kayseri şəhərində məktəblilər arasında qidadan kütləvi zəhərlənmə olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Seyyid Bürhanəddin Peşə və Texniki Anadolu Liseyinin 9-cu sinif şagirdləri evdən gətirdikləri yeməkdən zəhərləniblər.
Nahar fasiləsində yemək yeyən məktəblilərdən 12-si səhhətinin pisləşməsi ilə əlaqədar təcili tibbi yardıma müraciət edib.
Zərərçəkmişlər yaxınlakı xəstəxanaya çatdırılıb. Şagirdlərin qəbul etdikləri qidadan nümunələr götürülərək laboratoriyaya göndərilib.
Şəbnəm Mehdizadə
