2023-cü il ən isti il kimi tarixə düşüb. 3 iyul tarixdə ən isti gün olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, BBC-nin təhlilinə görə, iyul ayından etibarən demək olar ki, hər gün qlobal hava istiliyi ardıcıl rekordlar qırıb. Dəniz səthinin temperaturu da əvvəlki göstəriciləri keçib. Bu qlobal rekordlar qlobal istiləşmə üçün müəyyən edilmiş kritik iqlim hədəflərinə çatmamaq riskini artırır.
Texas A&M Universitetinin atmosfer elmləri üzrə professoru Andrey Dessler deyib ki, heyrətləndirici məqam gətirən təkcə 2023-cü ilin rekordu qırması deyil, həm də əvvəlki rekordları nə qədər üstələməsidir.
Məlumdur ki, insanlar atmosferə karbon dioksid kimi rekord miqdarda istixana qazları buraxmağa davam etdikcə, indi dünya 100 il əvvəlkindən daha istidir. Lakin 12 ay əvvəl heç bir böyük elmi təşkilat 2023-cü ilin ən isti il olacağını proqnozlaşdırmırdı.
Şəbnəm Mehdizadə
