Məzmuna keç

Ekvadorda silahlı şəxslər canlı yayım zamanı televiziyaya basqın edib

Ekvadorda silahlı qrup canlı yayım zamanı studiyaya basqın edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Quayaquil şəhərində "TC Television" telekanalının studiyasına canlı yayım zamanı silahlı şəxslər basqın ediblər.

Kadrlarda üzlərini maska ​​ilə bağlayan şəxslərin studiyadakıları girov götürdüyü, diktorun cibinə partlayıcı qoyduğu görünür.

Görüntülərdə qrupdan bəzilərinin müxtəlif partlayıcıları, o cümlədən qumbaraları kameraya göstərdiyi də əks olunub.

Ekvador Polis Xidmətinin direktoru Sezar Zapata televiziya studiyasına basqın edən silahlı şəxslərin hamısının saxlanıldığını bildirib.

"Bu, terror aktı kimi qiymətləndirilməli bir hərəkətdir", – deyə o qeyd edib.

Şəbnəm Mehdizadə