Məzmuna keç

Ekvadorda fövqəladə vəziyyət elan olunub

Ekvadorda fövqəladə vəziyyət elan olunub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, silahlı dəstə liderlərindən birinin həbsdən qaçmasından sonra ölkə prezideinti Daniel Noboa fövqəladə vəziyyət elan edilməsi ilə bağlı fərman imzalayıb.

Bu barədə prezidentin mətbuat katibi Roberto İzuriete məlumat verib. İzuriete ölkə ərazisində saat 23.00-05.00 arasında komendant saatı tətbiq ediləcəyini açıqlayıb.

O, "Fito" ləqəbli dəstə başçısı Adolfo Macias Salazar və bir neçə məhbusun Quayas şəhərindəki həbsxanadan qaçmasından sonra 3 min nəfərdən ibarət təhlükəsizlik qüvvələrinin əməliyyata başladığını söyləyib.

Yerli KİV-in məlumatına görə, 60 günlük fövqəladə vəziyyət qərarından sonra cinayətkar təşkilatlar çoxlu polisi qaçıraraq onların maşınlarını yandırıblar.

Ekvador Polis Departamenti tərəfindən "X" platformasında verilən yazılıan açıqlamada 3 polis əməkdaşının qaçırıldığı təsdiqlənib. Qaçırılan polis əməkdaşlarının tapılması üçün tədbirlər görüldüyü və günahkarların cəzasız qalmayacağı vurğulanıb.

Qeyd edək ki, Prezident Daniel Noboa yanvarın 7-də verdiyi açıqlamada həbsxanalarda zorakılığın yenidən artdığını və fövqəladə vəziyyət elan ediləcəyini bildirmişdi.

Şəbnəm Mehdizadə