Məzmuna keç

Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib

Suriyanın şimalında "Zeytun budağı" əməliyyatı bölgəsində hücuma hazırlaşan 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Sülh və təhlükəsizlik mühitini pozmaq istəyən PKK/YPG terrorçularının hücum cəhdlərinə şiddətlə cavab verməyə davam edirik. Qəhrəman komandolarımız "Zeytun budağı" bölgəsinə hücuma cəhd edən 5 terrorçunu zərərsizləşdirib", – deyə nazirliyin məlumatında qeyd olunub.

Şəbnəm Mehdizadə