İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində polis idarəsinə silahlı hücum olub.
E-huquq.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Silahlı qrup dünən gecə yarısı Sistan-Bəlucistan əyalətinin Rask şəhərində sərhəd yaxınlığındakı polis məntəqəsinə hücum edib. İnsident zamanı bir polis məmuru həyatını itirib.
Silahlı şəxslər hadisə yerindən qaçıb. Bölgədə genişmiqyaslı əməliyyat başlayıb.
Hücuma görə məsuliyyəti “Ceyşul Adl” adlı təşkilat öz üzərinə götürüb.
Qeyd edək ki, ötən il dekabrın 15-də eyni bölgədə polis bölməsinə hücum olub və nəticədə 12 polisi həyatını itirib. Hücuma görə məsuliyyəti həmin təşkilat öz üzərinə götürüb.
Şəbnəm Mehdizadə
